Şəmkirdə gənc özünə xəsarətlər yetirib.
Teleqraf.com xəbər verir ki, hadisə Şəmkir şəhərinin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Rayon sakini Əli Rəhimovun əsəbiləşərək özünə xəsarətlər yetirdiyi bildirilir.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Rəhimovun vəziyyəti kafi qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri polis tərəfindən araşdırılır.