25 Aprel 2021 17:21
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 260 qramdan artıq, avtomobilindən isə 1 kiloqram 100 qram heroin aşkar edilib.

Bundan başqa, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Ələkbərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin, 3 qrama yaxın marixuana və rayon ərazisindəki yaşayış sahələrinin birindəki yarımtikilidə gizlətdiyi 25 kiloqram marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov