12 May 2021 18:39
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Gədəbəy Rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər