12 May 2021 23:14
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Hacıyeva Ceyhunə Sahib qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.


Müəllif: Teleqraf.com