15 May 2021 12:14
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3. (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;) maddəsi ilə axtarışda olan Şirvan şəhər sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehti oğlu Abşeron rayonu Xırdalan şəhəri ərazisində və qohumu, eyni maddə ilə axtarışda olan Cəlilabad rayon sakini, 33 yaşlı Hüseynov İmran Ələşrəf oğlu Bakı şəhəri ərazisində saxlanılaraq ŞPŞ-nin İstintaq Bölməsinə təhvil veriliblər.
Eyvaz Nəzərov cari ilin fevral ayında qohumu İmran Hüseynov və tanışı Rahil Manafov ilə qabaqcadan əlbir olaraq Şirvan şəhəri ərazisində baş vermiş adam oğurluğu hadisəsini törədib.

Dəstənin üzvü, Hacıqabul rayon sakini Manafov Rahil Sahil oğlu cinayət hadisəsinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər