16 May 2021 13:15
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini S.Vəliyev mayın 14-də saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə etdiyi “Opel” markalı avtomobildə sərnişininin bıçaqla onu hədələyərək 12 manat pulunu, mobil telefonunu və içərisində sənəd olan pulqabısının talanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini F.Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər