17 May 2021 15:31
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara şəhəri ərazisində yerləşən apteklərdən birindən gecə saatlarında 426 manat pulun oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət daxil olub.

Teleqraf.com xəbər verir ki, Astara rayon polis şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Astara şəhər sakini İ.Əhmədov olduğu müəyyən edilib.

Həmin şəxs törətdiyi əməli etiraf edib və oğurladığı pulların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov