Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan şəxslər tutulub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Tərtər rayon polis şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayon ərazisindəki Sukanal İdarəsinə məxsus artezianı elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan şəxsləri aşkarlayıblar.
Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.
Araşdırmalarla cinayət əməlini törədən şəxslərin Tərtər rayon sakinləri - Əkbər İsmayılzadə və bir yeniyetmə olduğu müəyyən edilib.
Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırmalar davam etdirilir.