Mayın 22-də Hacıqabul şəhəri ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Beyləqan rayon sakini N.Qənimətli idarə etdiyi “KamAZ” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Ramal Qəhrəmanovu vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Qəhrəmanov orada ölüb.
Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırma aparılır.