Mayın 21-də Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan şəhər sakini Ə.Əzizov ictimai yerdə aşkar edilərək saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.