Daxili İşlər Nazirliyi ötən gün baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, mayın 24-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində F.Əhmədov idarə etdiyi “Feldbinder” markalı qoşqulu yük avtomobilini qarşıda dayanmış S.Məhərovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə vurub.
Nəticədə S.Məhərovun 3 sərnişini hadisə yerində ölüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Onlardan ikisinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri orta-ağırdır.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.