Cəlilabad rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, mayın 29-da Cəlilabad rayonunun Albalan kənd sakini, ruhi xəstə Q.Qasımovun yaşadığı evdə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Xəstəxanaya yerləşdirilmiş Q.Qasımovun vəziyyəti ağırdır.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.