Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Türanə Cəfərovanın meyiti mənzildə aşkar olub.
Onun elektrik naqili ilə boğularaq qətlə yetirildiyi məlum olub.
Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat keçirilir.
Faktla bağlı cinayət işi başlanıb.