8 İyun 2021 11:42
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naftalan şəhər polis şöbəsinə bəzi mağaza sahibləri tərəfindən müraciət daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Müraciət edən şəxslər bir nəfər qadının onların etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə nağd pul və geyim əşyalarını mənimsədiyini bildiriblər.

Naftalan şəhər polis şöbəsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini G.Vəliyeva saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər