Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Sitalçay qəsəbə sakini Mansur Muqbilov saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Məlumata görə, onun qəsəbə ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 3 kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı Xızı rayon polis şöbəsinin istintaq qrupunda cinayət işi açılıb, araşdırmalar aparılır.