Daxili İşlər Nazirliyi Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
İyunun 8-də Ağdam rayon polis şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olmuşdur.
Məlumatla əlaqədar rayon polis şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılmışdır.
İlkin ehtimallara görə C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilmişdir.
Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunmuş, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilmişdir.