17 İyun 2021 13:04
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərur rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü və 2 sərnişini orada ölüb.

Faktla bağlı Şərur rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov