19 İyun 2021 19:24
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda biçilməmiş taxıl sahəsində yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aslanbəyli kənd ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından mühafizə hissəsinin və Ağstafa rayon Yanğından mühafizə hissəsinin yanğın söndürən maşınları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.


Müəllif: Teleqraf.com