Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini R.Aslanov iyunun 9-da saat 3 radələrində ona məxsus çörək sexinə girmiş bir nəfərin kassadan 210 manat pulu apardığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramov müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun şəhər ərazisindəki evlərin birindən 1200 manat dəyərində kondisioner oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.