12 İyul 2021 16:41
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzulidə sürücü işləyən şəxsin iş zamanı kaset bombasına toxunması və xəsarət alması ilə bağlı cinayət işi açılıb.

Bu barədə Teleqraf.com-a Füzuli rayon Prokurorluğundan bildirilib.

İyulun 12-də, saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər