12 İyul 2021 17:57
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən parkda yanğın olması barədə məlumat daxil olub.

Teleqraf.com nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın söndürülüb.

İlkin məlumata əsasən, təqribən 150 m² sahədə quru ot və kol-kos yanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər