15 İyul 2021 12:20
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Balakən” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən 107 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Elbrus Abdullayev inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.

Pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl olunmasının təmin edilməsi məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər