Xaçmaz rayon polis şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Niyazoba kəndinin sakini Sarxan Ərzimanov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı Niyazoba kəndindəki özünəməxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 74 ədəd yaş, 2 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.
Bundan əlavə olaraq S.Ərzimanovun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqramdan artıq olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.