25 İyul 2021 17:03
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ifşa edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Rayon sakini, əvvəllər də məhkum olunmuş Elşən Şəfiyevin evində tiyəkxana təşkil etməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb.

Yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, psixoprop maddə metamfetamin (“patı”) və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov