Bakıda yol nəqliyyat hadisəsi törədən şəxs müəyyən olunub.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Qala qəsəbəsi ərazisində Xəzər Həsənovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Kia” markalı avtomobillə törədildiyi üzə çıxıb.
Həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini R.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.