1 Avqust 2021 13:30
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Rayon Pols Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində monitorinq keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, tədbir zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa işçi, personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib.

Polis əməkdaşları mərasimə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmamasını da yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.

Qeyd edək ki, mütəmadi olaraq aparılan monitorinqlər zamanı rayon ərazisində keçirilən toy mərasimləridə 22 qayda pozuntusu müəyyən edilib ki, onlardan 2-si şadlıq saraylarında aşkar olunub. 20-si isə fərdi yaşayış evlərində keçirilən toy mərasimləri zamanı aşkarlanan qayda pozuntularıdır. Aşkar edilən hər bir fakt üzrə polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə inzibati protokol tərtib edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər