Türkiyənin Muğla əyalətində yanğınlara qarşı mübarizə aparan 2 meşə işçisi yaralanıb.
Teleqraf.com xəbər verir ki, yanğın zamanı ağaclardan biri meşə işçiləri Selim Korkmaz və Hakan Tutuşun üzərinə aşıb.
Hadisə yerinə hərbi helikopter göndərilib və yaralılara yerindəcə ilkin tibbi yardım göstərilib.
Xəsarət alanlardan biri Muğlanın xəstəxanasına çatdırılıb.
Qeyd edilir ki, Köycəğiz, Milas, Mentəşə, Seydikəmər, Kavaklıdərə və Yatağan rayonlarında havadan və qurudan meşə yanğınlarına qarşı mübarizə davam edir.