Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Yevlax", "Şüvəlan", "Goradil" və "Xaçmaz" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.