25 Avqust 2021 15:37
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, rayon sakini Sübhan Əliyevə COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib.

Lakin həmin şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.

Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal yaşadığı ünvana geri qaytarılıb.

S.Əliyev barəsində Sabirabad rayon polis şöbəsində araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər