26 Avqust 2021 10:42
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Beydulla Qarayevin barədə olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Aqil Musayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib.

İstintaq orqanı tərəfindən Beydulla Qarayevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israfetmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Fərhadov Feyruz Fərhad oğlu tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər