2 Sentyabr 2021 09:41
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda intihara cəhdin qarşısı alınıb.

Bu barədə Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər