İndoneziyada həbsxanada yanğın baş verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Həbsxana Departamentinin mətbuat katibi Riku Apriant "Reuters"ə bildirib.
O, qeyd edib ki, hadisə Banten əyalətində qeydə alınıb. Yanğın zamanı azı 41 nəfər həlak olub.
"CNN Indonesia" isə cəzaçəkmə müəssisəsinin nümayəndəsinə istinadən hadisə zamanı xəsarət alanların olduğunu bildirib. Qeyd edilir ki, xəsarət alanların sayı 79 nəfərdir. Onlardan 8-i yanıq xəsarəti alıb. Digər 71 nəfərin isə xəsarəti yüngüldür.
Hazırda həbsxanada təxliyə işləri həyata keçirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.