12 Sentyabr 2021 14:57
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Yastıqoba kəndində qeydə alınıb.

Belə ki, “Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb. Eyni zamanda 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzada ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com