14 Sentyabr 2021 09:50
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Tərtər rayon polis şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər yetişdirən şəxsdən silah da aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Hüsənli kənd sakini Ceyhun Bağırov saxlanılıb.

C.Bağırovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çəkisi 1 kiloqram 500 qram olan 7 ədəd çətənə bitkisi və evindən 1 ədəd qoşa lüləli tüfəng aşkar edilib.

Tərtər rayon polis şöbəsinin keçirdiyi digər tədbirlə rayon ərazisində odlu silah aşkar edən şəxs həmin silahı polisə təhvil verib.

Şıxarx kənd ərazisində yerləşən su kanalından tapılan 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1000 ədəd 5.45 çaplı patronlar rayon polis şöbəsinə təqdim olunub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər