21 Sentyabr 2021 13:06
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qasımov narkotik vasitə satarkən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı onun üzərindən 25 qram heroin, 6 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Qasımovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər