25 Sentyabr 2021 10:24
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı yayılan məlumatlar yalandır.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, polislər vətəndaşı döyməyiblər: “Vətəndaş küçədə özünə və ətrafdakılara xəsarət yetirməyə cəhd edərkən polis əməkdaşları ona mane olmağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə polis əməkdaşlarının sürücünü məkətbli övladlarının gözü qarşısında döydüyü iddia olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər