9 Noyabr 2021 01:15
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya vilayətinin Meram rayonunda baş verən 5,1 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı artıb.

Bu barədə Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, təbii hadisə zamanı xəsarət alanların sayı iki nəfərə çatıb. Yerli mətbu orqanlar eyni zamanda zəlzələ zamanı qorxuya düşən iki şagirdin də Beyşəhir Dövlət Xəstəxanasına müraciət etdiyini xəbər verib.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ ocağı 10,61 kilometr dərinliyində yerləşib. İlk zəlzələ yerli vaxtla saat 20:43-də baş verib.

Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib. Zəlzələ sakinlər arasında təşvişə səbəb olub. Təbii hadisə zamanı bəzi tikililərə ziyan dəyib. Zərər çəkən iki tikilidə yaşayışın olmadığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər