Tovuzda ana və 5 yaşlı oğlu itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı - 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
“Həmin əlamətləri belədir: Boyu 155 sm, saçları sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - deyə mətbuat xidmətindən bildirilib.