10 Noyabr 2021 22:14
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonun Aşağı Quşçu kəndində beş yaşlı oğlu ilə yoxa çıxan Tacirə Aslanovanın həyat yoldaşı Elçin Quliyev hadisə ilə bağlıb Teleqraf.com-un yerli bürosuna danışıb.

"Tacirə Aslanova mənim həyat yoldaşımdır, Nihat da oğlumdur. Oktyabrın 30-u günü mən işə getmişəm, anam yas yerinə gedib, atam isə xəstə olduğu üçün evdə yataqda olub. Gəldim gördüm yoxdur. O, gündən bir xəbər ala bilmirik. Atasına xəbər etdim dedilər kənddə olar. Sonra məlum oldu ki, kənddə yoxdur. Qızımı evdə qoyub, oğlumun və özünün sənədlərini götürüb gedib. Bir dəfə də belə bir hadisə olub təxminən 1 ay öncə"- deyə E.Quliyev bildirib.

Məlumat üçün bildirək ki, hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı, 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabrın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Artıq Tacirə Aslanovanın itkin düşməsi ilə bağlı Tovuz rayon Polis Şöbəsinə məlumat verilib və hüquq mühafizə orqanı əməkdaşları ana və uşağın axtarışına başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər