25 Noyabr 2021 11:52
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ağır cinayətlər törətməkdə ittiham olunan Şəmkir sakinləri saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Şəmkir rayon polis şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinərək axtarışda olan Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur, Bəylər və Zabil Aslanov qardaşları saxlanılıblar.

Polis əməkdaşları həmin qardaşların yerini Bakı şəhərində müəyyən edərək Bakı şəhər Nizami rayon Polis İdarəsinə gətiriblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər