27 Noyabr 2021 18:25
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşları Bakı şəhərində 311 şadlıq sarayı, restoran və digər iaşə obyektlərində xüsusi karantin rejiminin tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, nəticədə bir neçə obyektdə, o cümlədən Səbail rayonunda “Mojo” gecə klubu, “Vinice Pub” restoranı, Nizami rayonunda “Ay İşığı” və “Grand Neon” şadlıq sarayları, Nərimanov rayonunda isə “Kaştan” çay evində karantin qaydalarının pozulması halları aşkarlanıb.

Həmin obyektlərin icarədarları və karantin qaydalarına nəzarət etməli olan məsul əməkdaşları barədə inzibati protokollar tərtib edilib.

Paytaxt Bakı və bölgələrdə karantin qaydalarının pozulması hallarına qarşı polis əməkdaşları nəzarət-profilaktik tədbirləri davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər