30 Noyabr 2021 13:11
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

* * *

12:16

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda deyilir:

"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".


Müəllif: Teleqraf.com