9 Dekabr 2021 11:12
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər metronun 28 may stansiyasında vəfat edən şəxs - Bakı Dövlət Universitetinin müəllimi imiş.

Teleqraf.com xəbər verir ki, vəfat edən şəxs Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi 72 yaşlı Əhməd Babayev olub. O, 1978-ci ildən BDU-da çalışırdı.

Allah rəhmət eləsin!

* * *

09:12

Bakıda metroda ölüm hadisəsi baş verib.

"Bakı Metropoliteni" QSC-ni Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf.com-a açıqlamasında bildiribki, hadisə səhər saat 08:10-da metronun "28 may" stansiyasında baş verib.

"Sərnişin qatarda özünü pis hiss edib. "28 may" stansiyasında o qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib.

Dünyasını dəyişən şəxs yaşlı kişidir"-deyə B. Məmmədov bildirib. .


Müəllif: Teleqraf.com