İtaliyanın Siciliya adasının Ravanusa kommunasında qaz partlayışı nəticəsində ən azı 12 nəfər itkin düşüb.
Teleqraf.com xəbər verir ki, itkin düşənlər arasında üç uşaq və bir evli cütlük var. Xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat verilməyib.
Bildirilib ki, partlayış nəticəsində beş mərtəbəli bina uçub və iki qonşu binaya ziyan dəyib.