Mingəçevir şəhərində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.