Azərbaycanda zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar Biləsuvarda saat 08:10 radələrində qeydə alınıb. Zəlzələ 3-3,5 bal gücündə baş verib.
Zəlzələ Cəlilabad rayonunda da hiss edilib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.