Yevlaxda 13 yaşlı qızı qaçıran əmisi Elçin Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Qeyd edilib ki, faktla bağlı Yevlax rayon polis şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.
E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.
Qeyd edək ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayev qızı Ə.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət edib.
Dərhal müvafiq tədbirlərə başlanılıb.
Polis əməkdaşları tərəfindən E.Mustafayevin qardaşı qızı Ə.M-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib.
Keçirilən tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax rayon polis şöbəsinə gətiriliblər.