Milli Məclis 2015-ci il büdcə müzakirəsinə başlayıb
Milli Məclisin sessiyası öz işinə başlayıb. Parlament ilk olaraq “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə müzakirələrə başlayıb. Sessiyada hökuməti baş nazir Artur Rəsulzadə təmsil edir.
Spiker Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sürətli sosial-iqtisadi inkişaf gedir, dövlət investisiya proqramları hazırlanır: “Hesab edirəm ki, 2015-ci il dövlət büdcəsi haqqında fikirlər formalaşıb. 2014-cü ildə ÜDM istehsalı əvvəlki illə müqayisədə 3,6 % çoxdur. İqtisadiyyatın bütün sahələrdə inkişaf gözlənilir. Ölkənin valyuta ehtiyatları 53 milyard manat olub. Büüdcə mənfi təsirlər nəzərə alınaraq hazırlanıb. Büdcə layihəsi və digər sənədlər komitədə müzakirə edilib və parlamentin gündəliyinə tövsiyə edilib. 2015-ci ilin büdcə gəlirləri 19 milyarddan çoxdur. Dünyada və bölgədə hökm sürən qeyri stabilliyə baxmayaraq bu təhlillər özünü doğruldacaq”.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, lideri olmayan dövlətin xalqının taleyi həmişə sual altında olacaq: “Heydər Əliyev ölkəni qurdu, dövləti dağılmaqdan xilas etdi. Son 10 ildə İlham Əliyevin iqtisadi siyasəti o qədər nailiyyətlidir ki, digər ölkələr 10 illərlə buna nail ola bilmir. Büdcə sənədləri yüksək peşəkarlığa əsaslanıb və qanunun tələblərinə cavab verir. Hesablama Palatasının rəyi də deputatlara təqdim edilib. Bu il büdcə artımı artacaq və bu qeyri neft sektorunun hesabına olacaq. 2015-2018-ci ildə keçiriləcək iri layihələrin hesabına qeyri neft sektorundan büdcəyə gəlirlər xeyli artacaq. Maliyyə sabitliyinin qorunması ənənəvi hal alıb. Son 10 ildə qlobal maliyyə böhranına baxmayaraq dövlət öz imkanlarını artırıb və maliyyə sıxıntısı müşahidə edilməyib. Büdcə gəlirinin 1 milyard artması nəzərdə tutulub. 2015-ci ildə vergi daxilolmaları gəlirlərin 70 faizini təşkil edəcək. 2015-ci ildə qeyri neft sektorunun gəlirləri əvvəlki illərdən bir neçə dəfə çoxdur”.
Müzakirələr davam edir.
Nemət