2 Yanvar 2022 15:29
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə dəm qazından zəhərlənmə qeydə alınıb.

Rayonun Hacılı kənd sakini, Mehdiyev Qafur Kamran oğlu yaşadığı evdə hamamda çimərkən halı pisləşib.

Hadisə yerinə çağırılan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib. Daha sonra o, dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər