Bakının Nəsimi rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 25-də Beyləqan rayon sakini R.Dəmirliyə bıçaqla xəsarət yetirməkdə və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağayev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.